İstifadə və Gizlilik Qaydaları
İstifadəçi Müqaviləsi və Şərtlər
Bu müqavilə Eshipx.az platformasından istifadə qaydalarını, tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Saytda qeydiyyatdan keçməklə və ya xidmətlərdən istifadə etməklə siz (“İstifadəçi”) bu şərtləri tam oxuduğunuzu, anladığınızı və qəbul etdiyinizi təsdiqləmiş olursunuz.
1. Ümumi müddəalar
- Eshipx.az platforması ESHIPX (“Şirkət”) tərəfindən idarə olunur və Şirkətə məxsusdur.
- İstifadəçi sayta daxil olmaqla bu qaydaları oxuduğunu və qəbul etdiyini təsdiqləyir.
- Şirkət bu müqaviləyə istənilən vaxt dəyişiklik etmək hüququnu saxlayır. Dəyişikliklər saytda dərc olunduğu andan qüvvəyə minir.
- Platforma 15 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulur.
2. Qeydiyyat və hesab məlumatları
- Qeydiyyat zamanı daxil edilən məlumatlar düzgün, tam və aktual olmalıdır.
- Hesab yalnız təlimi alan şəxsin istifadəsi üçündür; hesabın üçüncü şəxslə paylaşılması qadağandır.
- Hesab məlumatlarının (istifadəçi adı, şifrə, e-poçt və s.) təhlükəsizliyinə İstifadəçi cavabdehdir.
- ESHIPX komandası sizdən heç vaxt şifrənizi tələb etmir.
- Eyni anda maksimum 2 cihazdan sistemə girişə icazə verilir. Fərqli cihazlardan eyni vaxtda çoxsaylı girişə icazə verilmir.
- Bloklanmış şəxsin adına yenidən hesab açmaq qadağandır.
- Əgər İstifadəçi özü də bu sahə üzrə müəllim, mentor və ya oxşar tədris fəaliyyəti ilə məşğul olmağa başlayarsa, Şirkət təlimləri deaktiv etmək və platformaya çıxışı məhdudlaşdırmaq hüququna malikdir.
3. Müəllif hüquqları və məzmunun qorunması
- ESHIPX təlimləri, videoları, mətnləri, vizual materialları və digər resurslar müəllif hüquqları ilə qorunur.
- İstifadəçi bu materialları paylaşa, satmağa cəhd edə, yenidən yayımlaya və ya başqa platformalara yükləyə bilməz.
- Təlimlərin ekran qeydi, səs yazısı və ya ekran görüntüsünü paylaşmaq qəti qadağandır.
- Materiallar yalnız şəxsi təhsil məqsədilə istifadə edilə bilər.
- Məzmunun icazəsiz paylaşılması Azərbaycan Respublikasının müəllif hüquqları haqqında qanunvericiliyinin pozulması sayılır və hüquqi məsuliyyət yaradır.
- Belə hallar aşkarlandıqda Şirkət hesabı daimi bloklamaq, zəruri hallarda istifadəçi məlumatlarını müvafiq qurumlara təqdim etmək və hüquqi tədbirlər görmək hüququnu saxlayır.
4. İstifadəçinin öhdəlikləri
İstifadəçi aşağıdakı öhdəlikləri qəbul edir:
- Platformadan yalnız qanuni məqsədlərlə istifadə etmək;
- Texniki müdaxilə, sistemin təhlükəsizliyini keçmək, VPN və ya emulator vasitəsilə giriş etməmək;
- Digər istifadəçilərin hesablarını ələ keçirməyə və ya məlumatlarını toplamağa cəhd etməmək;
- Təhqir, böhtan, saxta məlumat yaymaq və Şirkətin nüfuzuna xələl gətirən davranışlardan çəkinmək;
- Ödənişli təlim və kurslarda ödənişin geri qaytarılmadığını qəbul etmək;
- Kurs zamanı paylaşılan rəy və məlumatların (şəxsi məlumatlar istisna olmaqla) reklam və tanıtım məqsədilə istifadəsinə razılıq vermək.
5. Qadağan olunmuş hallar
Aşağıdakılar qadağandır:
- Kursların paylaşılması, ekran qeydi, yayımı və ya satışa çıxarılması;
- Hesabın başqası ilə paylaşılması və ya birgə istifadəsi;
- Sistemə eyni anda fərqli cihazlardan daxil olmaq;
- VPN, emulator və digər vasitələrlə təhlükəsizliyi keçmək;
- Şirkət və ya təlimçilərin nüfuzuna xələl gətirən hərəkətlər;
- Saxta ödəniş və ya ödəniş sistemində manipulyasiya;
- Platformadan kommersiya məqsədilə icazəsiz istifadə cəhdi.
6. Hüquqi məsuliyyət və nəticələr
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəlliflik hüquqlarının pozulmasına görə inzibati, mülki və cinayət məsuliyyəti nəzərdə tutulur:
- İnzibati məsuliyyət (İXM Maddə 185): cərimələr, pirat nüsxələrin və pozuntu vasitələrinin müsadirəsi və digər inzibati tədbirlər tətbiq oluna bilər.
- Mülki məsuliyyət: “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna uyğun olaraq dəymiş maddi və mənəvi zərərin ödənilməsi, habelə pozuntu nəticəsində əldə olunan gəlirin tutulması tələb edilə bilər.
- Cinayət məsuliyyəti (CM Maddə 165): külli miqdarda zərər vurmaqla, yaxud gəlir əldə etmək məqsədilə müəlliflik və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə hallarında cinayət məsuliyyəti yarana bilər.
Pozuntu aşkar edilərsə:
- Hesab dərhal bloklana bilər;
- Kurslara çıxış ləğv edilə bilər;
- Şirkət zərərin ödənilməsi və hüquqi tədbirlər üçün müvafiq orqanlara müraciət etmək hüququnu saxlayır.
7. Geri qaytarma və ödəniş qaydaları
- ESHIPX təlimləri rəqəmsal məhsul hesab olunur və ödəniş tamamlandıqdan sonra geri qaytarma mümkün deyil.
- Ödəniş sistemləri üzərindən yaranan texniki gecikmələrə görə Şirkət məsuliyyət daşımır.
- İstifadəçi ödəniş etməzdən əvvəl məhsul haqqında məlumatı diqqətlə oxumağa borcludur.
8. Məlumatların qorunması və məxfilik
- İstifadəçi məlumatları yalnız ESHIPX-in daxili sistemində saxlanılır və üçüncü tərəflərlə paylaşılmır (qanuni tələblər istisna olmaqla).
- Şirkət məlumatların məxfiliyini qorumaq üçün texniki və hüquqi tədbirlər görür.
- Təhlükəsizlik pozuntusu halında İstifadəçi dərhal ESHIPX komandası ilə əlaqə saxlamalıdır.
9. Mübahisələrin həlli
- Mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll edilir.
- Razılıq əldə olunmadıqda, məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Quba şəhər məhkəməsində həll edilir.
10. Qəbul
Saytda qeydiyyatdan keçməklə siz bu müqavilənin bütün şərtlərini oxuyub qəbul etdiyinizi, qaydaların pozulması halında hesabın ləğvinə və hüquqi tədbirlərə razı olduğunuzu təsdiqləyirsiniz.
