Kursların ödənişi və qaydaları haqqında məlumat.
Ödənişi yalnız eshipx.az saytında, ESHIPX AI səhifəsində göstərilən karta edin — başqa yerdən göndərilən kart nömrəsinə pul köçürməyin. Kart məlumatlarınızı — kart nömrəsi, CVV kodu, SMS təsdiq kodu — heç vaxt, heç kimə yazmayın; Eshipx komandası bunları sizdən istəmir. Şübhəli mesaj alsanız, bizə xəbər verin.
Kursların qiymətləri ABŞ dolları ($) ilə göstərilir, ödəniş isə manatla edilir: 1 $ = 1.7 ₼ (məs. $70 = 119 ₼, $50 = 85 ₼). Ödəniş səhifəsində manatla məbləğ ayrıca yazılır. Endirim kampaniyaları və köhnə qiymət hər kursun səhifəsində aydın qeyd olunur.
Kurslar rəqəmsal məhsul olduğu üçün ödəniş tamamlandıqdan sonra geri qaytarılma mümkün deyil. Qoşulmadan əvvəl kurs məzmunu, dərs siyahısı və tanıtım videosunu mütləq nəzərdən keçirin.
Eshipx eBay, Payoneer, Wise, Amazon və digər üçüncü tərəf platformalarında hesab açılışını və qeydiyyat qaydasını izah edir. Hesabların təsdiqlənməsi, yoxlanışı, məhdudlaşdırılması və ya bağlanması həmin şirkətlərin öz qərarıdır — bu qərarlara görə Eshipx məsuliyyət daşımır və bu səbəbə görə ödəniş geri qaytarılmır.
Ödənişlə bağlı suallar və ya rəsmi sənəd lazım olduqda bizimlə ESHIPX AI və ya [email protected] üzərindən əlaqə saxlayın.